Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. AzPost xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,68 ABŞ dolları və ya 2,6% artaraq 65,8 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 64,12 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.