“Azərbaycan Ordusu Xocavənddə təsərrüfat işləri görən texnikanı atəşə tutmayıb”- Müdafiə Nazirliyi

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya yanvarın 6-sı saat 13:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xocavənd rayonunun Çörəkli yaşayış məntəqəsi ərazisində təsərrüfat işləri görən texnikanın atəşə tutulması ilə bağlı yayılan məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu məlumatı qəti surətdə təkzib edirik”, MN-dən bildirilib.

Əvvəlki məqalə

Türkiyə Ermənistan üçün hava yolu ilə yükdaşımalarla bağlı məhdudiyyəti aradan qaldırıb

Sonrakı məqalə

DSX və DGK rəhbərliyi Naxçıvandakı dövlət sərhədindən buraxılış məntəqələrində olub