Azərbaycan ötən il Gürcüstana ən çox turist göndərən ölkə olub

2019-cu ildə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 12% artaraq 2 015 435 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin illik hesabatında deyilir.

Bu göstərici ilə Azərbaycan hesabat ilində Gürcüstana ən çox xarici ziyarətçi göndərən ölkə olub. 2018-ci ildə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı isə 1 807 185 nəfər təşkil edib.

Hesabat dövründə “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsindən Gürcüstan ərazisinə 1 988 986 dəfə giriş, 1 989 109 dəfə çıxış qeyd alınıb. “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsi Gürcüstanın ən aktiv ikinci sərhəd-keçid məntəqəsi olub.

Ümumilikdə, ötən il Gürcüstan ərazisinə 9 024 392 xarici ölkə vətəndaşlarının girişi qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 8,4% çoxdur. Ölkə ərazisində 24 saatdan çox qalanların sayı isə əvvəlki illə müqayisədə 6,6% artaraq 4 392 284 nəfərə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı

Sonrakı məqalə

Gürcüstan “Qırmızı körpü”dən Türkiyə sərhədinə gediş-gəliş vaxtını ikiqat azaltmaq