Azərbaycan peyki üzərindən internet xidməti platforması istifadəyə verilib

“Azərkosmos” ASC Azərbaycanda peyk üzərindən internet təmin etmək məqsədilə “Azconnexus” peyk interneti platformasını istifadəyə verib.

ASC-dən verilən məlumata görə, bu platforma “Azərkosmos”un operatoru olduğu “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə fasiləsiz, təhlükəsiz və yüksək keyfiyyətli internet xidməti təqdim edir.

Platforma istifadəçilərə peyk interneti vasitəsilə video, audio və data daxil olmaqla müxtəlif trafik növlərindən yararlanmağa imkan verəcək.

“Azconnexus” kabel internetinin, mobil rabitənin zəif və ya mövcud olmadığı, 3G/LTE şəbəkəsinin sürətinin aşağı olduğu ərazilərdə yerləşən müəssisələri sürətli internet ilə təmin edəcək.

“Azconnexus” platformasının xidmətlərindən hökumət, müdafiə və təhlükəsizlik sahəsi, fövqəladə və təbii hadisələrin aradan qaldırılması zamanı, mədənçilik, dənizçilik, turizm, iaşə obyektləri və digər biznes və sənaye müəssisələrinin iş prosesində istifadə oluna bilər.

“Azconnexus”un peyk interneti dənizdə, quruda, dəmir yollarında və digər nəqliyyat xətlərində, ucqar ərazilərdəki iş və məlumat mərkəzlərində, bir sözlə kifayət qədər internet əhatəsi olmayan ərazilərdəki istifadəçilər üçün əlçatan olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev Hacıqabul rayonuna səfər edib, pambıq tarlasına baxıb-

Sonrakı məqalə

Tanınmış repçiyə Bakı Nəqliyyat Agentliyində vəzifə verildi