Azərbaycan “RİA-Novosti” Agentliyinin saytını bloklayıb 

Azərbaycanda Rusiyanın “RİA-Novosti” Agentliyinin saytı bloklanıb. 

Azpost.info bildirir ki, sayt açılmır.

Qeyd edək ki, RİA-Novosti Xankəndinin separatçı guruhunun nümayəndəsi Artur Beqlaraynla müsahibə yayımlayıb.

Bu müsahibə Rusiya Azərbaycan arasında əməkdaşlıq və etimad prinsiplərinə ziddir. Moskva Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını bəyan edib. Prezident Putin isə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edib.

“RİA-Novosti”nin bu demarşı Kremlin rəsmi siyasəti ilə uyğun deyil və münasibətlərə kölgə salan addımdır.

 

 

Əvvəlki məqalə

Dövlət Xidmətinin vəzifəli şəxsləri həbs edilib –

Sonrakı məqalə

XİN “RİA-Novosti” Agentliyi ilə bağlı açıqlama yaydı –