Azərbaycan “Şərq Tərəfdaşlığı”nın Bəyannaməsinin Belarusla bağlı bəndinə qoşulmayıb

Avropa İttifaqı (Aİ) “Şərq Tərəfdaşlığı”nın bütün tərəfdaş ölkələrinin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə öz dəstəyini ifadə edir.

Bu barədə 2021-ci il dekabrın 15-də Brüsseldə keçirilmiş “Şərq Tərəfdaşlığı”nın (ŞT) 6-cı Zirvə Görüşündə ŞT ölkələri və Avropa İttifaqına üzv ölkələrin qəbul etdiyi birgə Bəyannamədə qeyd olunur.

Bəyannamədə “Şərq Tərəfdaşlığı” regionunda mehriban qonşuluq münasibətlərinə, etimad quruculuğu tədbirlərinə, regional əməkdaşlığa, nəqliyyat əlaqələrinin gücləndirilməsinə dəstək ifadə olunub.

Bəyannamədə bildirilir ki, Aİ və maraqlı tərəfdaşlar Aİ ilə Azərbaycan arasında yeni hərtərəfli Saziş üzrə davam edən danışıqlarda olan irəliləyişi alqışlayır.

Aİ və maraqlı tərəfdaşlar qaz mənbələrinin və Aİ-yə tədarük marşrutlarının şaxələndirilməsinə töhfə verən Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasını da alqışlayır.

“Biz Ermənistan, Gürcüstan, Moldova Respublikası və Ukrayna ilə artıq ələ olunmuş və tezliklə Azərbaycan üçün mümkün olacaq COVID-19 rəqəmsal sertifikatların qarşılıqlı tanınmasını alqışlayırıq ki, bu da Aİ-yə və oradan daha təhlükəsiz və asan gediş-gəliş imkanı yaradır”, – deyə Bəyannamədə vurğulanır.

Qeyd edək ki, Azərbaycan Bəyannamənin Belarusla bağlı 11-ci bəndinə qoşulmayıb. Bu, həmin bəndin Belarusun daxili işlərinə aid olması ilə bağlıdır. Bununla Azərbaycan bir daha nümayiş etdirib ki, ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi onun üçün “qırmızı xət”dir.

Birgə Bəyannamənin Qoşmasının 8-ci bəndində istinad edilmiş “münaqişənin təsirinə məruz qalmış regionlarda” hissəsi ilə bağlı isə Azərbaycanın Azərbaycan Respublikasının müvafiq müraciəti və razılığı olmadan həyata keçirilən hər hansı əməliyyata münasibətdə qeyd-şərti var.

Birgə Bəyannamənin “Dayanıqlı, gender bərabərliyi, ədalətli və inklüziv cəmiyyətlər üçün birlikdə” başlıqlı qoşmasının 8-ci bəndində “Vətəndaş cəmiyyəti, o cümlədən sosial tərəfdaşlar üçün əlverişli mühitin təşviqi Aİ-nin 2500 yerli vətəndaş cəmiyyəti təşkilatına sosial innovasiya, sosial iqtisadiyyat və sosial sahibkarlıq kimi yeni sahələrdə göstərilən dəstəyi nəzərdə tutur.

Paytaxtlardan kənarda, münaqişədən təsirlənmiş bölgələrdə yerli dillərdə fəaliyyət göstərən təşkilatlara və qadın təşkilatlarına xüsusi dəstək veriləcəyi qeyd olunub.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycanla əldə olunan razılaşmaları dəqiqliklə icra edəcəyik” –

Sonrakı məqalə

İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib