“Azərbaycanla əldə olunan razılaşmaları dəqiqliklə icra edəcəyik” –PAŞİNYAN

“Dəmir yolu xəttinin tikintisinə dair Azərbaycanla əldə olunan razılaşmaların reallaşması ilə regionda siyasi, iqtisadi mühit, eləcə də təhlükəsizlik mühiti dəyişəcək”.

“Sputnik Armenia”nın məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

Baş nazir razılaşmanın əhəmiyyətinə toxunub.

“Bu, mühüm sazişdir və ümid edirəm ki, biz onu dəqiqliklə icra edəcəyik. Bu, regionda iqtisadi, siyasi mühiti, eləcə də təhlükəsizlik mühitini dəyişəcək mühüm layihədir”, – N. Paşinyan qeyd edib.

Nikol Paşinyanın sözlərinə görə, tərəflər ümumi yanaşmanı formalaşdırmağa, eyni zamanda, fikir ayrılıqlarını aradan qaldırmağa çalışacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qanunsuz tikililərin obyektiv və subyektiv səbəbləri var” –

Sonrakı məqalə

Azərbaycan “Şərq Tərəfdaşlığı”nın Bəyannaməsinin Belarusla bağlı bəndinə qoşulmayıb