Azərbaycan Türkiyəyə nə qədər məhsul ixrac edib?-MƏBLƏĞ

2019-cu il ərzində Azərbaycan və Türkiyə arasında ümumi dəyəri 4 509 496,04 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayımlayıb
Məlumata görə, bu, 2018-ci ilin göstəriciləri ilə müqayisədə 1 106 649,95 min dollar və ya 32,52% çoxdur.2019-cu ildə iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsinin payı ümumi xarici ticarətin 13,54%-ə bərabər olub.
2019-cu il ərzində Azərbaycanın Türkiyəyə icracının həcmi 2 862 694,58 min dollar təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 1 036 713,1 min dollar və ya 56,78% çoxdur.Hesabat dövründə Azərbaycanın Türkiyədən idxalı isə 1 646 801,46 dollar təşkil edib ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 69 936,85 min dollar və ya 4,43% çoxdur.
2019-cu ildə Azərbaycanın qardaş ölkənin ixracdakı payı ümumi ixracın 12,58%-nə, idxaldakı payı isə ümumi idxalın 12,05%-nə bərabərdir. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mingəçevirdə qisas üçün törədilən silahlı insidentlə bağlı cinayət işi başlanıb-

Sonrakı məqalə

Ukrayna təyyarəsi iki raketlə vurulub –