“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına dərhal başlanılmalıdır”- Rusiya XİN

“Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına dərhal başlamağı zəruri hesab edir. Eyni zamanda, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli razılaşmalarına əsaslanmağı vacib sayır”.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Qarabağın erməni əhalisinin taleyi üçün məsuliyyət üçüncü ölkələrin üzərinə atılmamalıdır. Əvvəllər əldə edilmiş razılaşmalar əsasında Bakı və İrəvan arasında dərhal sülh müqaviləsinin hazırlanmasına başlamaq lazımdır”, – Rusiya XİN bildirir.

Azpost.info

Əvvəlki məqalə

Nəhəng neft xidmətləri şirkəti Rusiyaya tədarükləri dayandırıb

Sonrakı məqalə

Ağdamda insan sümüklərinə bənzər sümük fraqmentləri ilə bağlı araşdırma aparılır