Nəhəng neft xidmətləri şirkəti Rusiyaya tədarükləri dayandırıb

Ən böyük neft xidməti şirkətlərindən olan SLB Rusiyaya bütün müəssisələrindən məhsul və texnologiyaların tədarükünü dayandırdığını elan edib.

Azpost.info xəbər verir ki, şirkət bunu sanksiyaların sərtləşdirilməsi ilə izah edib.

SLB daha əvvəl ABŞ, Böyük Britaniya, Avropa Birliyi və Kanadadan Rusiyaya məhsulların tədarükünü məhdudlaşdırmışdı. İndi şirkət bütün müəssisələrindən tədarükləri tamamilə dayandırmaq qərarına gəlib.

Ukraynada müharibə başlayandan sonra SLB Rusiyaya yeni sərmayələr qoymağı planlaşdırmadığını və biznesində istifadə olunan yeni texnologiyaların tətbiq edilməyəcəyini açıqlamışdı.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda 1 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına dərhal başlanılmalıdır”