Azərbaycan və Pakistan XİN başçıları görüşüb

Pakistanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Şah Mahmud Qureyşi ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Pakistanın XİN başçısı “Twitter”də bildirib.

O qeyd edib ki, Azərbaycan Pakistanın əzəli dostu və tərəfdaşıdır.

“İki ölkə ortaq tarixi, dini və mədəni əlaqələrə dayanan nümunəvi əlaqə ilə bir-birinə bağlıdır. Azərbaycan və Pakistan regional və beynəlxalq forumlarda qarşılıqlı maraq doğuran məsələlərdə yaxından əməkdaşlıq edir”, – deyə Pakistanın xarici işlər naziri vurğulayıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğanla Putin arasında telefon danışığı olub –

Sonrakı məqalə

Hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardım göstərən komissiya yaradıldı –