Azərbaycan və Türkiyə 33 milyard kubmetrlik qaz sazişi imzaladı

Azərbaycan və Türkiyə arasında 33 milyard kubmetr qaz tədarükünə dair saziş imzalanıb.

Bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar bildirib.

Nazir iki gün əvvəl Azərbaycanla yeni təbii qaz sazişinin imzalandığını açıqlayıb:

“İki gün əvvəl Azərbaycanla təbii qaz sahəsində 33 milyard kubmetr həcmində yeni razılaşma əldə etdik. Xəzər dənizindəki Abşeron yatağından hər il 2,25 milyard kubmetr olmaqla, 15 il müddətində qaz tədarükü həyata keçiriləcək. Bu saziş 2029-cu ildə qüvvəyə minəcək və 2040-cı illərə qədər davam edəcək. Mövcud infrastrukturdan istifadə etməklə, bu qazı Bakı–Tbilisi–Ərzurum boru kəməri ilə ölkəmizə gətirəcəyik.” APA

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.