Azərbaycana hansı ölkələrdən məhsul idxal olunur? –SİYAHI/ RƏQƏMLƏR

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi 41 milyard 256,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 30 milyard 962,9 milyon dollar, idxalın dəyəri 10 milyard 293,3 milyon dollar təşkil edib, nəticədə 20 milyard 669,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 71,9 faiz, real ifadədə isə 9,1 faiz artıb. İxrac real ifadədə 13,3 faiz, idxal 1,1 faiz artıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 89 faizi İtaliya, Türkiyə, Rusiya, Hindistan, Çin, İsrail, Yunanıstan, Birləşmiş Krallıq, Almaniya, Çexiya, Xorvatiya, Gürcüstan, İspaniya, Portuqaliya, Ukrayna, ABŞ, Vyetnam, İsveçrə, Qazaxıstan, Tunis, İran və Rumıniya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,6 faizi Rusiyanın, 15,8 faizi Türkiyənin, 14,4 faizi Çinin, 4,4 faizi Almaniyanın, hər biri 3,5 faiz olmaqla ABŞ və Qazaxıstanın, 3,3 faizi İranın, 2,8 faizi Türkmənistanın, 2,2 faizi İtaliyanın, 2,1 faizi Yaponiyanın, 1,9 faizi Koreyanın, hər biri 1,8 faiz olmaqla Belarus, Birləşmiş Krallıq və Ukraynanın, 1,7 faizi Fransanın, 1,6 faizi Hindistanın, 1,3 faizi Braziliyanın, 1,2 faizi Finlandiyanın, 1 faizi Özbəkistanın, 0,9 faizi Gürcüstanın, 0,8 faizi Polşanın, 13,6 faizi isə digər ölkələrin payına düşüb.

İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.

Əvvəlki məqalə

Payız allergiyasından necə qorunmaq olar? –

Sonrakı məqalə

İranın iki tanınmış aktrisası həbs olunub