“Azərbaycana istədiyi silah və texnikanı göndərə bilərik” –Pakistan Müdafiə Sənayesindən açıqlama

Pakistani-made NASR missiles are on display during a military parade to mark Pakistan’s Republic Day, in Islamabad, Pakistan, Thursday, March 23, 2017. President Mamnoon Hussain said Pakistan is ready to hold talks with India on all issues, including Kashmir, as he opened the annual military parade. During the parade, attended by several thousand people, Pakistan displayed nuclear-capable weapons, tanks, jets, drones and other weapons systems. (AP Photo/Anjum Naveed)

Pakistan hərbi sənaye kompleksinə daxil olan dövlət və özəl təşkilatlar Azərbaycanın istədiyi silah, sursat və texniki vasitələri qısa zamanda tədarük edə bilər.

Azpost.info bildirir ki, bu barədə “Azeri Defence” hərbi jurnalına eksklüziv olaraq Pakistan müdafiə sənayesindən bildirib.

Pakistanın Azərbaycanı bütün platformalarda dəstəklədiyini bildirən müdafiə sənayesi rəsmisinin sözlərinə görə, ötən həftə cəbhədə vəziyyət gərginləşdiyi zaman rəsmi İslamabad rəsmi səviyyədə Azərbaycana öz dəstəyini təklif edib: “Azərbaycana istənilən silah, döyüş sursatları və texnikanı tədarük edə bilərik. Bu həm müəssisələrin istehsalından, həm də təcili olan hallarda ordunun ehtiyatından çıxarılaraq təmin edilə bilər. Azərbaycan Ordusunda bu gün Pakistan istehsalı olan bəzi məhsullar istifadə edilir. Biz Bakıdan istəklərini bildirməsini gözləyirik. Pakistan hərbi sənayesinin məhsullarında xaricə bağımlılıq yoxdur. Bu da istənilən silah və texnikanı heç bir embarqoya məruz qalmadan, qısa zamanda tədarük etməmizə imkan verir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistanda koronavirusa yoluxanların sayı 34877-ə çatıb-

Sonrakı məqalə

Azərbaycan enerji layihələrinin müdafiəsi üçün Qərbdən dəstək istədi –