Azərbaycanda ən çox «pul qazanan» icra hakimiyyətləriAÇIQLANDI

Azərbaycanda yerli gəlirlər hesabına daxil olan vəsaitlərinin yarısının yerli icra hakimiyyətlərinin sərəncamına veriməsi ilə bağlı tətbiq edilən qayda yerli biznes mühitin yaxşılaşdırılmasına güclü stimul yaradır. 

Bu barədə fevralın 3-də Bakıda keçirilən regionların inkişafı üzrə konfransda İqtisadiyyat Naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, 2019-cu ildə şəhər və rayonarın sərəncamına verilən belə vəsaitlərin həcmi 28 milyon manat təşkil edib.

Bu vəsaitləri alan şəhər və rayon icra hakimiyyətləri arasında 1-ci yeri Sumqayıt şəhəri (5,4 milyon manat), 2-ci yeri Gəncə şəhəri (4,1 milyon manat) tutur.
Bundan başqa, sərənamlarında bir milyon manatdan çox vəsait əldə edən şəhər və rayon icra hakimiyytələri arasında Şəki və Mingəçevir şəhərləri, Şəmkir, Xaçmaz, Qazax və Quba rayonlarını qeyd etmək olar.

«Bölgələrdə sahibkarlvq fəaliyyəti üçün nə qədər əlverişli şərait yaradılarsa, bir o qədər vergitutma bazası genişlənir, və sosial iqtisadi məsələləri həll etmək üçün əlavə maliyyə mənbələri yaranır. Biz bu prosesin davamını bu il də izləyirik. Bu ilin yanvarında qeyri-neft sektorundan vergi daxilolmadarı ötən ilin eyni dövrü ilə müqayisədə 30% artıb»-deyə nazir bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirusa görə Azərbaycan pomidoru

Sonrakı məqalə

Amerikada nə qədər gənc milyoner var?