Azərbaycanda 156 nəfər koronavirusa yoluxub –424 nəfər sağalıb, 7 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 424 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 332 610 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 321 132 nəfər müalicə olunaraq sağalıb, 4 867 nəfər vəfat edib, aktiv xəstə sayı 6 611 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 546, ötən müddət ərzində isə ümumilikdə 3 458 790 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezidentin Ağdama xüsusi nümayəndə təyin etdiyi Emin Hüseynov kimdir? –

Sonrakı məqalə

ABŞ Prezidenti Bayden Prezident İlham Əliyevi təbrik edib