Yəqin ki, müəyyən zaman gələcək ki, imtahan modeli dəyişə bilər.
Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, attestatla universitetə qəbul gözlənilmir.
“Siz bilirsiniz, 0 balla belə attestat alan var. Amma bu balla universitetə qəbul olmaq mümkün deyil”, – o əlavə edib.