Azərbaycanda avtomobil yanacağının keyfiyyətində problemlər var –Dövlət Xidməti

“Azərbaycanda avtomobil yanacağının keyfiyyəti ilə bağlı aparılan monitorinqlərin nəticələrinə görə, görünür ki, istehlakçıların şikayətlərində həqiqət var. Yəni burada keyfiyyətdə problemlər mövcuddur”.

Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2020-ci ilin yekunlarına həsr olunmuş konfransında çıxış edən Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, monitorinqlər 36 yanacaqdoldurma məntəqəsində aparılıb və onların böyük əksəriyyətində kənarlaşmalar müşayiət olunub: “Biz bu materialları təhlil edirik və bununla əlaqədar olaraq lazım olan nəzarət-tənzimləyici metodların tətbiqinin müzakirəsini aparırıq. Bununla əlaqədar olaraq tədbirlər planı hazırlanıb ki, qısa müddətdə bu təbirlər planı açıqlanacaq”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan və Rusiya XİN rəhbərləri 11 yanvar bəyanatını müzakirə ediblər –

Sonrakı məqalə

Yeni çəkilən xəttlə Şuşaya elektrik enerjisi verilib –