Azərbaycanda aylıq maaş nə qədərdir? –Ölkədə nə qədər pensiyaçı yaşayır? (RƏQƏMLƏR)

2021-ci il noyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 702,1 min nəfər olub.

Dövlət Statistika Komitəsi bildirir ki, 2021-ci ilin yanvar-oktyabr aylarında onların orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 2,6 faiz artaraq 722,9 manata çatıb.

Azərbaycanda əmək pensiyası orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir. İndeksləşdirmə Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan rəsmi bilgi əsas götürülməklə həyata keçirilir.

Ölkədə minimum pensiya 200 manatdır.

Rəsmi məlumata əsasən, 2021-ci il oktyabrın 1-nə Azərbaycanda 1 milyon 205,4 min nəfər pensiyaçı qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiyanın parçalandığı əks olunan xəritələri görmüşəm” –

Sonrakı məqalə

AYB yazıçıların borclarını sildi