Azərbaycanda bir gündə 1454 nəfər COVID-19-dan sağalıb-558 nəfər yoluxub, 13 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb,1454 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 328 159 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 309 771 nəfər müalicə olunaraq sağalıb, 4 726 nəfər vəfat edib, aktiv xəstə sayı 13 662 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 155, ötən müddət ərzində isə ümumilikdə 3 353 167 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Prezidenti İlham Əliyev və Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər

Sonrakı məqalə

Xalq artisti Ağadadaş Ağayev əməliyyat olunub