Azərbaycanda bir gündə 4317 nəfər koronavirusdan sağalıb-2961 nəfər yoluxub, 35 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2961 yeni yoluxma faktı qeydə alınıb, 4317 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 202088 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 139779 nəfər müalicə olunaraq sağalıb, 2210 nəfər vəfat edib, aktiv xəstə sayı 60099 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əməkdar artist Atabala Səfərov vəfat edib

Sonrakı məqalə

XİN Niderland Parlamentinin qətnamələrinə dair açıqlama yaydı: