Azərbaycanda bu iki oyunçu ömürlük futboldan qovuldu

Azərbaycanda iki futbolçu ömürlük diskvalifikasiya edilib.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Qurumun İntizam Komitəsi danışılmış oyunlarda iştirakına görə MOİK-in futbolçuları Fərmayıl Əliyev və Emin Mehtiyevi cəzalandırıb. Hər iki oyunçu ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

Qeyd edək ki, tərəflər bu qərarı aldıqdan sonra 15 gün ərzində AFFA-nın Apelyasiya Arbitraj Tribunalına qərarla bağlı apelyasiya şikayəti verə bilərlər.

Əvvəlki məqalə

Yol polisi 300 il əvvəl yaşamış knyaza kəmər taxmadığına görə cərimə yazdı

Sonrakı məqalə

Putin üçün xüsusi tribunal yaradılır-