“Azərbaycanda bu il dövlət şirkətlərinin özəlləşdirilməsi prosesi olmayacaq” –İLHAM ƏLİYEV

“Azərbaycanda bu il dövlət şirkətlərinin özəlləşdirilməsi prosesi olmayacaq”.

Azpost.info bildirir ki, bu sözləri prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında SOCAR-ın və digər böyük dövlət şirkətlərinin özəlləşdirməyə çıxarılması perspektivini şərh edərkən deyib.

Dövlət başçısı bildirib ki, bununla yanaşı bəzi iş sahələri özəl kapital hesabına işləməlidir. “Günəş və külək enerjisi sahələri bu istiqamətədə qeyd etmək olar. Laçın və Kəlbəcərdə su elektrik enerjisinin təşklinə ehtiyac var. Kiçik SES-ləri özəl şirkətlərə verəmək olar. Bunun iqtisadi idarəetmədə necə özünü təsdiq edəcəyini müəyyən etmək olar”.

Bununla bərabər İlham Əliyev vurğulayıb ki, əsas infrastruktur dövlətin əlində qalmalıdır.

“Əgər şirkətlərimiz bu gün korporativ idarəetmə olsaydı azad edilmiş ərazilərin bərpasına pul qoymazdılar”-deyə prezident qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dövlət şirkətləri dövlətin boynunda böyük yükdür” –

Sonrakı məqalə

Şeyxülislam və dini konfessiyaların rəhbərləri Xocalı abidəsini ziyarət edib –