Azərbaycanda daha 64 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib- Operativ Qərargah

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 64 yeni yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 023 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 743 nəfər müalicə olunaraq sağalıb, 9940 nəfər vəfat edib, aktiv xəstə sayı 340 nəfərdir.

Ölkədə son sutka ərzində 2483, hazırkı dövrədək isə 7 309 540 test aparılıb.

Əvvəlki məqalə

Masallıda din xadimləri üçün seminar keçirilib

Sonrakı məqalə

Azərbaycan və Türkiyənin müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib