Azərbaycanda kinder məhsullarında bakteriya aşkar edilməyib –AQTA sədri

“Dünyada “Ferrero” şirkətinin kinder məhsulları ilə bağlı hər hansı həyəcan təbili yoxdur”.

Bunu  jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, Belçikada istehsal olunan növ kinder məhsulu ilə bağlı həyəcan təbilindən söhbət gedir: “Ferrero” şirkəti tərəfindən Belçikada qeyd edilən dövrdə istehsal edilən kinderlərdə “Salmonella” bakteriyasının olması ilə bağlı şübhələr var. Azərbaycana da bəzi partiyalar gəlmişdi. Həmin partiyalar bizim tərəfimizdən ekspertiza edildi və onlarda “Salmonella” bakteriyası aşkar edilmədi. Nə Səhiyyə Nazirliyində, nə də bizdə belə məlumat var. Hazırda marketlərdə olan məhsullar o kateqoriyaya aid məhsullar deyil. Yəni kinder bütün məhsullarını geri çağırmır. Belçikada həmin dövrdə istehsal edilən kinderlərdən başqa digər partiyaların satışı davam edəcək.”

Əvvəlki məqalə

“Bu toqquşma qaçılmaz idi” –

Sonrakı məqalə

“Ukraynada keçirilən əməliyyatın məqsədi nəcibdir” –