Azərbaycanda niyə nağd pul, Qazaxstanda kart dəbdədir?-Ekspert ŞƏRHİ

“Qazaxıstan və Azərbaycanın monetar göstəriciləri bir-birindən çox kəskin fərqlənir”.

Azpost.info bildirir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev iki ölkənin göstəriclərini müqayisə edərək qeyd edib.

Onun sözlərinə görə, bu fərqləri iqtisadiyyatdakı dinamizm, milli sərvətin və resursların müxtəlif subyektlər arasında bölünmə səviyyəsi, kiçik və orta sahibkarlığın milli gəlirin yaradılmasın iştirak payı, gizli iqtisadiyyatın səviyyəsi, resursdankənar ixracın paylaşma səviyyəsi kimi faktorlar yaradır.

R.Ağayev bu fərqləri göstərən konkret rəqəmlərə  müraciət edib: “Monetar göstəricilər arasında fərq baxaq: 2019-cu ildə Azərbaycanda pul bazasının əsas elementi olan nağd pulun geniş pul kütləsində (M3) payı 37%-dir – Qazaxıstanda cəmi 12.6%-i. Nağd pulun belə böyük payı gizli iqtisadiyyatın daima çiçəklənməsinin mühərrikidir.
İkinci mühüm fərq – Azərbaycanda banklardankənar nağd pulun (M0) geniş pul kütləsində (M3) payı 33%-dir, Qazaxısatanda 10% ətrafındadır.
Üçüncü mühüm fərq – Azərbaycanda geniş pul kütləsinin (M3) 67%-i iqtisadiyyatın 3 müxtəlif institusional vahidinə məxsus depozitlər hesabına formalaşır, Qazaxıstanda bu təxminən 90%-dir. Bu fakt göstərir ki, Qazaxıstanda iqtisadiyyatın əlavə dəyər və sərvət yaratmaq potensialı bizimlə müqayisədə çox yükəsəkdir”.

Ekspertin sözlərinə görə, depozitlər iqtisadiyyatın malik olduğu maliyyə sərvətinin əsas formalarından biridir.
“Nəhayət – Azərbaycanda geniş pul kütləsinin 37%-i xarici valyutada, 30%-i milli valyutada depozitlərdən formalaşır. Lakin Qazaxıstanda geniş pul kütləsinin 24%-i xarici valyutada, 65%-i milli valyutada depozitlərdən formalaşır”.

Qazaxıstan və Azərbaycan – hər ikisi resurs ölkəsidir. Demək olar ki, təbii resursdan asılılıq səviyyəsi də çox yaxındır. Büdəcənin 60%-ə yaxını, ÜDM-nin təxminən yarısı, ixracın 90%-ə qədəri – aşağı-yuxarı hər 2 ölkədə təbii resurs qazanclarından asılıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstanda üç nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Sonrakı məqalə

ABŞ-ın Azərbaycandakı səfirliyi koronavirusla əlaqədar xəbərdarlıq yayıb