Azərbaycanda ötən gün 139 nəfər COVID-19-a yoluxub-128 nəfər sağalıb, 1 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 37557 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 34965 nəfər müalicə olunaraq sağalıb, 552 nəfər vəfat edib, aktiv xəstə sayı 2040 nəfərdir.

Ölkədə son sutka ərzində 6798, hazırkı dövrədək isə 973838 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prokurorluq gitara ifaçısının ölümü ilə bağlı məlumat yaydı

Sonrakı məqalə

Ötən il ali məktəblərdən xaric edilən tələbələrin sayı açıqlanıb