Ermənistan Xüsusi Ordu Korpusunun komandir müavini vəzifəsindən azad edilib

Ermənistan Prezidenti Artvik Qriqoryanın Xüsusi Ordu Korpusunun komandir müavini vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, qərar baş nazirin təklifi əsasında, Ermənistan Konstitusiyasının 133-cü maddəsinin 1-ci hissəsinə və “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunun 40-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq qəbul edilib.

Artvik Qriqoryan bu vəzifəyə 2025-ci il oktyabrın 22-də təyin olunmuşdu.

Məlumata görə, onun vəzifədən azad edilməsinin Şəki şəhərində azərbaycanlı hərbçi ilə bağlı baş vermiş insidentlə əlaqəli olması ehtimal edilir. Həmin hadisə zamanı azərbaycanlı hərbçi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.