2024-cü il sentyabr ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 473,1 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici cari il avqustun 1-i ilə müqayisədə 4,3% və ya 19.1 milyon manat çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 7,8% və ya 35.8 milyon manat artıb, son 1 ildə isə 11,5% və ya 61 milyon manat azalıb(apa).