Azərbaycanda quş və heyvan ətinin satışı vergidən azad edildi

Bu gündən Azərbaycanda quş və heyvan ətinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Bu məsələ bu gün qüvvəyə minən “Vergi Məcəlləsi”nə yeni dəyişikliklərdə öz əksini tapıb.

Amma vergi güzəşti kəsilmiş və dondurulmuş heyvan ətləri istisna olmaqla, emala göndərilən ətə aid deyil. Vergilər Nazirliyi sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində də bir sıra addımlar atıb. Bu addımlar nəticəsində heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr ƏDV-dən azad edilib (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yeni ildə atılan Çin fişəngi zooparka düşdü –

Sonrakı məqalə

“Zaman maşını” ilə səyahət mümkündürmü? –