Azərbaycanda son sutkada 374 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 374 yeni yoluxma faktı qeydə alınıb, 1029 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 789 332 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 775 275 nəfər müalicə olunaraq sağalıb, 9 518 nəfər vəfat edib, aktiv xəstə sayı 4 539 nəfərdir.

Ölkədə son sutka ərzində 6 284, hazırkı dövrədək isə 6 599 806 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kreml Ərdoğanla danışıqlar barədə açıqlama yaydı –

Sonrakı məqalə

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb