Azərbaycanda son sutkada COVID-ə yoluxma qeydə alınmayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktı qeydə alınmayıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında da ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 673 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 917 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 47 nəfərdir.

Ölkədə son sutka ərzində 1 966, hazırkı dövrədək isə 6 855 188 test aparılıb.

Əvvəlki məqalə

Paşinyan KTMT-dən narazlıq edib –

Sonrakı məqalə

Orduda PUA-larla təlim uçuşları keçirilib –