Azərbaycanda zərgərlik məmulatları bahalaşıb- Qiymət

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda zərgərlik məmulatlarının orta qiyməti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1% artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, illik artım cari ilin əvvəlində (yanvar ayında ) cəmi 0,5% təşkil edib. Təkcə noyabr ayında isə orta aylıq qiymətdə əvvəlki ayla müqayisədə 0,1% artım müşahidə olunub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, qızılın bu günə olan qiyməti 2 507,789 AZN/unsiya təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İraqın daxili işlərinə müdaxilə etməmişik”

Sonrakı məqalə

Moskvada temperatur 140 ilin rekordunu vuracaq