Azərbaycandakı hərbi attaşelər Gəncədə raket düşən ərazidə olublar- FOTO

Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Gəncəyə səfər edib.

Hərbi attaşelər Gəncə şəhərində Ermənistan Respublikasının silahlı qüvvələrinin raket hücumları nəticəsində şəhid olan mülki əhalinin xatirəsinə qoyulmuş memorial kompleksi ziyarət ediblər.

Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan əraziləri ziyarət edildikdən sonra, günahsız mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlərin nəticələri ilə tanış olublar. 44 günlük Vətən müharibəsi zamanı ballistik raketlə hədəf alınan yaşayış massivinə baxışdan əvvəl terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb. Qonaqlara Gəncə şəhərində törədilən terror hadisələri ilə bağlı məlumat verilib.

Qeyd edilib ki, 11.10.2020-ci il tarixində Ermənistan ərazisindən “Skad-B” Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raket “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binasının üzərinə düşüb, çox sayda evlər dağılıb, 5-i qadın olmaqla 11 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 40 nəfər isə yaralanıb.

Xatırladaq ki Oktyabrın 4-dən başlayaraq 17-ə qədər 5 dəfə terror aktları törədilib. Ümumilikdə erməni terroru nəticəsində Gəncədə 26 nəfər həlak olub, 170-dən çox insan yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib(apa).

Əvvəlki məqalə

Xalq şairi Məmməd Arazın anadan olmasından 89 il ötür

Sonrakı məqalə

“Danışıqlarda sülh müqaviləsinə fokuslanacağıq” –