Azərbaycanın dünyada ekoloji reytinqi necədir? –Havamız təmiz, suyumuz içməli, insanlarımız sağlamdırmı? (BEYNƏLXALQ HESABAT)

ABŞ-ın Yel və Kolumbiya Universitetlərinin Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi (Environmental Performance İndex) üzrə 2020-ci il üçün aparılmış beynəlxalq araşdırma ilə bağlı hesabatda  Azərbaycanla bağlı məqamlar da yer alıb.

Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksində (Environmental Performance İndex) dünya üzrə əsas məlumatlar toplanıb. 180 dövlətin ətraf mühit və ekoloji sistemlərinin vəziyyəti 32 indikator üzrə reytinq cədvəlində yer alıb.

EPİ indikatorları problemləri müəyyən etməyə, hədəfləri tapmağa, tendensiyanı izləməyə imkan verir. EPİ-nin ümumi reytinq cədvəli hansı ölkələrin ekoloji problemləri daha yaxşı həll etdiyini göstərir.

 “EPİ 2020”-nin 180 ölkə üzrə reytinq çədvəlində Azərbaycan  46,5 balla 72-ci yeri tutur. Bu yer üzrə göstəricilər o qədər də yaxşı hesab olunmur.

Belarus 53 balla 49-cu, Rusiya 52 balla 58-ci, Ermənistan 52 balla 53-cü, Ukrayna 49,5 balla 60-cı, İran 48 balla 67-ci, Türkiyə 42,6 balla 99-cu, Gürcüstan 41,3 balla 102-ci yeri tutub.

Hesabatda sabiq SSRİ respublikaları içərisində Belarus tullantlarla iş, havanın keyfiyyəti, sanitar vəziyyət və içməli su ilə bağlı regional reytinq cədvəlində birinci (dünyada 49-cu yer) yeri tutub.

Rusiya içməli suyun vəziyyətinə görə, regional səviyyədə 3-cü, dünyada 58-ci yeri tutub. Tacikstan, Türkmənistan və Qırğızstan meşə örtüyünün mühafizəsi ilə bağlı yüksək bal qazanıblar.

Bundan başqa keçmiş sovet respublikaları biomüxtəliflik, ətraf mühit və tullantılarla istifadə sahəsində aşağı göstəricilərə malikdirlər.

Hesabatın “Havanın keyfiyyəti” bölməsində təmiz hava göstəriciləri üzrə reytinq verilib. Havanın keyfiyyəti aktual problem olaraq bir çox ölkələrdə insanların sağlamlığı üçün ciddi ekoloji təhlükəyə çevrilməkdədir. Çirkli hava  dünyada insan sağlamlığı üçün əsas təhlükəni təşkil edir.

ÜST-ün qiymətləndirməsinə görə, dünyanın 90 faiz əhalisi hazırda çirkli havanın mövcud olduğu rayonlarda yaşayır.

Araşdırmalar göstərir ki, hər il 7 milyon adam çirkli hava nəticəsində yaranan xəstəlik nəticəsində ölür.

Havanın çirkləndirən əsas mənbələrdən biri istixana qazları ilə bağlıdır.

Təmiz hava ilə bağlı qlobal reytinq cədvəlində Azərbaycan 24,9 balla 150 –ci yerdədir.

Rusiya 54 balla 47-ci yerdə, Türkiyə 49,5 balla 58-ci, İran 49,2 balla 59-cu, Ermənistan 36,3 balla 97-ci yerdədir.

Birinci yeri 98,8 balla Finlandiya tutub. İlk “onluğa” Avstraliya, İsveç, Norveç, Yeni Zelandiya, Kanada, İrlandiya, İsveçrə və Fransa daxil edilib.

 Reytinq cədvəlində Azərbaycanı Anqola, Çad, İndoneziya, Şimali Makedoniya, Benin, Seneqal, Seyerra-Leone qabqalayır.

Təmiz hava üzrə regional reytinq cədvəli postsovet ölkələri üzrə də hazırlanıb. Bu siyahıda on dövlət arasında Azərbaycan 24,9 balla 10-cu yerdə qərarlaşıb.

Birinci yeri 54,1 balla Rusiya tutub. Ermənistan 36,3 balla 6-cı, Gürcüstan 31,1 balla 8-ci yerdədir.

Hesabatda ətraf mühitin vəziyyəti ilə bağlı ölkələrə verilən qiymətlər belədir:

Azərbaycan 32,7 balla 113-cü yerdədir.

 Ermənistan 43,5 balla 91-ci, Gürcüstan 38,7 balla 102-ci yeri tutub. İraq, Dominikan, Boliviya, Fici, Qırğızstan, Misir, Qayana, Honduras, Mərakeş ölkəmizi qabaqlayır.

Ekoloji sistemin həyat qabiliyyətli olması barədə göstəricilər üzrə rəqəmlər də maraqlıdır. Azərbaycan 55,7 balla 44-cü yerdədir. Ölkəmizi Meksika, BƏƏ, Tayvan qabaqlayır.

“Sanitariya və içməli su” bölməsi üzrə reytinq siyahısında Azərbaycan 45,5 balla 97-ci yeri tutur.

Ermənistan 57,2 balla 60-cı, Rusiya 55,4 balla 65-ci, Gürcüstan 51,6 balla 79-cu yerdədir.

Hesabatda deyilir ki, son 30 ildə yüz milyonlarla insan içməli suya əli çatıb və sanitar vasitələrə bağlı vəziyyəti yaxşılaşıb. Dünya tendensiyası göstərir ki, içməli su çatışmamazlığına və pis sanitariya vəziyyətinə görə planet sakinlərinin sağlamlıqları risk altına düşür. Suyun keyfiyyətinin pisləşməsi qlobal problem olaraq qalmaqdadır.

Hesabatda “tullantıların idarə olunması” bölümündə EPİ-nin yeni göstəriciləri açıqlanıb.

Azərbaycan burada ən pis göstəriciyə malikdir. Tullantıların idarə olunması üzrə ölkəmiz 133-cü yerdədir.

Bizimlə eyni yeri Əfqanıstan, Albaniya, Anqola, Ermənistan, Baham adaları, Burundi, Kamboca, Mərkəzi Afrika Respublikası, Çad, Cibuti və Ekvatorial Qvineya  bölüşür.

Hesabatın “biomüxtəliflik və ətraf mühit” bölümündə ekosistemi əhatə edən xidmətlər vacib sahə kimi qiymətləndirilir. Bura insan fəaliyyəti, iqtisadiyyat, firavanlıq daxildir. Əkin, su ehtiyatları, təbii ekosistemləri təşkil edərək qida, planetin insanlarını enerji, dərman, xammalla təmin edir.

Bu sahə üzrə tərtib olunan reytinq cədvəlində Azərbaycan 56,9 balla 104-cü yeri tutur. Ermənistan isə 79,2 balla 35-ci yerdədir.

 

Hesabatda “Ekosistemli xidmətlər” bölməsində isə planetar balansı, insan rifahını dəstəkləyən, ətraf mühitə aid xidmətlər daxil edilib. Bu sistem qlobal iqlimi tənzimləyən meşələr, ətraf mühiti təmin edən heyvanlar, bitkilər, həşəratları, o cümlədən 1,6 milyard insanı qida vasitəsini təmin edən xidmətlərdir.

Azərbaycan bu siyahıda 80,5 balla 22-ci yerdədir.

“İqlim dəyişikliyi” ilə bağlı bölmədə qeyd edilir ki, qlobal iqlim dəyişikliyi insanların sağlamlığını və təhlükəsizliyini təhdid yaradır. Eyni zamanda insanların asılı olduğu ekosistemi və resursları təhlükə altına qoyur. İqlim dəyişikliyi yanacağın yandırılmasından alınan istixana qazlarının atmosferə atılması və digər mənbələrdən dəyişir. Parnik qazları atmosferdə istiliyi saxlayır və bu qlobal tempraturun yüksəlməsinə səbəb olur.

Azərbaycan bu siyahıda 48,6 balla 100-cü yerdədir.

 Hesabatın “çirkli maddələrin ətraf mühitə atılması” bölümündə insan fəaliyyəti nəticəsində ətrafa –havaya, suya atılan çirkli  maddələr və onların ekosistemə vurduğu zərərlər göstərilib.

Bununla bağlı qlobal reytinq cədvəlində Azərbaycan 100 balla ilk yerləri tutur.

Siyahıda Azərbaycanla bərabər Albaniya, Avstirya, Belçika, Bolqarısan, Kanada, Çex respublikası,Danimarka, Fransa, İspaniya, ABŞ, Britaniya yer alıb.

“Kənd təsərrüfatı” bölümündə bu sahənin səmərəliliyi ilə bağlı nəticələr göstərilib. Qlobal reytinq siyahısında Azərbaycan 64,3 balla 18-ci yerdədir. Su ehtiyatlarına görə ölkəmiz 3,8 balla 84-cü yerdədir.

Yekunda qeyd olunur ki, EPİ-nin siyahısı üzrə aparıcı ölkələr bütün sahələr üzrə davamlılığa diqqət edir, investisiyalarla bağlı qaydalara ciddi dəstəkləyirlər.

Yüksək nəticələri ictimai səhiyyənin müdafiəsi üzrə proqramları, təbii resurların saxlanması, parnik qazlarının ixtisarı üzrə proqramları daima həyata keçirən ölkələr göstərirlər.

“EPİ2020”-nin hesabatını Lüksemburq (82,3), İsveç(81,5), Britaniya(81,3), Fransa(80) ibarət “beşlik” bağlayır.

Finlandiya, Avstraliya, İsveçrə havanın keyfiyyətinə görə yüksək bal alıblar. Altı ölkə sanitar və içməli su sahəsində lider mövqedədir. Bunlar Finlandiya, İslandiya, Niderland, Norveç, İsveç və Britaniyadır.

Danimarka, Finlandiya və Yaponiya havada ağır metalın azaldılması üzrə yüksək nəticə göstəriblər. Niderland və Kolumbiya isə tullantı zibillərin idarə edilməsi üzrə dünya liderliyindədirlər.

ABŞ EPİ2020 hesabatında 24-cü yeri tutub. ABŞ havanın keyfiyyətinə görə (84,2), içməli su və sanitar vəziyyətə görə (86,1) yüksək bal alıb. Amma su ehtiyatlarına(58,9) və zibil tullantılarına görə (48,3) aşağı bal alıb.

Hesabatdan göründüyü kimi Azərbaycan bu reytinq siyahısında bir-iki bölmədən savayı digər göstəriciləri o qədər də ürək açan deyil. Ekoloji təhlükəsizlik dünya trendidir və ölkəmiz də bununla bağlı vacib məqamları nəzərə almalıdır.

Azpost.info

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Ordusunun hərbçisi Kəlbəcər rayonu ərazisində vəfat edib –

Sonrakı məqalə

Bu gündən mayın 24-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək