“Bu il əsas işimiz cənub zonasının qazlaşdırılması olacaq”- “Azəriqaz”

Bu il qazlaşma proqramında nəzərdə tutulan yaşayış məntəqəsinin 92-də artıq işlər aparılır, bu da 2022-ci ildə planlaşdırılmış işlərin 75%-i deməkdir.

Bunu “Azəriqaz”ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov “Açıq qapı” aksiyası çərçivəsində jurnalistlərə bildirib.

il əsas işimiz cənub zonasında yaşayış məntəqələrinin qazlaşdırılması olacaq. Həmin zonada qazlaşma səviyyəsi digər bölgələrə nisbətən daha aşağıdır. Belə ki, Yardımlı, Lerik, Astara Cəlilabad, Lənkəranda daha çox yaşayış ərazilərinin qazlaşdırılması nəzərdə tutulub.

“Qazlaşdırma layihələri metal tutumlu layihələrdir, burada böyük miqdarda polad borularında istifadə olunur. Biz istifadə etdiyimiz polad boruların böyük hissəsi Rusiyadan tədarük olunur. Tətbiq olunan sanksiyalarım, münaqişə məsələsinin (Rusiya-Ukrayna münaqişəsi – red.) boru təminatında müəyyən qədər bizim üçün mənfi təsirləri oldu, lakin çalışırıq bu məsələni həll edək”, – deyə, Teymur Cəfərov qeyd edib.

Xatırladaq ki, bu ilin qazlaşma proqramında 69 yaşayış məntəqəsinin və 62 yaşayış massivinin qazlaşması nəzərdə tutulub(apa).

Əvvəlki məqalə

Azərbaycanın dünyaya barış mesajı –

Sonrakı məqalə

“Rusiya aclıqdan silah kimi istifadə edir, bütün dünyanı girov götürüb”