Azərbaycanın gömrük idarələri Novruzda 3 gün fəaliyyət göstərəcək

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri 23, 24, 25 mart tarixlərində gündəlik iş rejimində fəaliyyət göstərəcək.

“Gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər”, – qurum bəyan edib.

(Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Minimum əməkhaqqı artımı üçün büdcədən ayrılan əlavə illik vəsait açıqlanıb

Sonrakı məqalə

“ABŞ-ın dəstəyi Ukraynanın müqavimətini gücləndirdi” – Cen Psaki