Minimum əməkhaqqı artımı üçün büdcədən ayrılan əlavə illik vəsait açıqlanıb

C

“Minimum əməkhaqqı artımı üçün 2022-ci ilin dövlət büdcəsindən ayrılan əlavə illik vəsait 460 mln. manat təşkil edir”.

Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, ümumilikdə 2022-ci il üzrə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artımı ilə bağlı sosial paket 3,4 mln. şəxsi əhatə edir: “Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manat təşkil edir. Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə, şəhid ailələrinə, həmçinin sosial cəhətdən həssas təbəqədən olan digər ailələrə 2021-ci ildə 3000-dən artıq mənzil təqdim edilib. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi üçün 2021-ci ilin dövlət büdcəsindən 354 mln. manat vəsait ayrılıb”.

(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan BƏƏ ilə yeni sənədlər imzalayıb

Sonrakı məqalə

Azərbaycanın gömrük idarələri Novruzda 3 gün fəaliyyət göstərəcək