Azərbaycanın mal alıb-satdığı ölkələrinSİYAHISI

2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 113 ölkəyə məhsul ixrac olunub, 177 ölkədən idxal olunub.

Bu barədə Dövlət Statsitka Komitəsindən (DSK) Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 24837,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 14459,2 milyon dollar, idxalın dəyəri 10378,0 milyon dollar təşkil etmiş, nəticədə 4081,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb:

“2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,2 faiz, real ifadədə isə 1,4 faiz, o cümlədən idxal 3,4 faiz, ixrac 0,3 faiz artmışdır. Bu dövr ərzində ölkədən 1413,1 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 17,1 faiz, real ifadədə isə 12,1 faiz çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 28,5 faizini İtaliyaya, 14,8 faizini Türkiyəyə, 7,2 faizini İsrailə, 5,5 faizini Hindistana, 4,9 faizini Almaniyaya, 4,7 faizini Çinə, 3,6 faizini İspaniyaya, 3,4 faizini Rusiyaya, 3,0 faizini Fransaya, 2,9 faizini Çexiyaya, 2,8 faizini Gürcüstana, 2,6 faizini Birləşmiş Krallığa, 2,4 faizini Portuqaliyaya, 1,9 faizini Ukraynaya, 11,8 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib”.

Həmçinin bildirilib ki, qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,0 faiz), Türkiyəyə (21,5 faiz), İsveçrəyə (8,9 faiz), Gürcüstana (8,7 faiz), İtaliyaya (2,4 faiz), Ukraynaya (2,3 faiz), Yunanıstana (2,3 faiz), Çinə (2,2 faiz), İrana (1,5 faiz) və Niderlanda (1,4 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,5 faizi Rusiya, 11,6 faizi İsveçrə, 11,1 faizi Türkiyə, 9,3 faizi Çin, 6,3 faizi ABŞ, 4,9 faizi Almaniya, 3,8 faizi Kanada, 3,5 faizi İran, 3,3 faizi Ukrayna, 2,8 faizi Avstraliya, 2,6 faizi İtaliya, 1,9 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, 1,6 faizi Qazaxıstan, 20,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2019-cu ilin yanvar-sentyabr aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21,5 faiz, şəkər – 49,5 faiz, tütün – 2,0 dəfə, meyvə və tərəvəz şirələri – 33,7 faiz, çay – 7,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 49,6 faiz, pambıq lifi – 47,2 faiz, pambıq ipliyi – 38,1 faiz, emal olunmamış alüminium – 24,1 faiz, polietilen – 2,5 faiz, bentonit gili – 17,2 faiz artıb, təzə tərəvəz ixracı isə 3,0 faiz, kartof – 7,2 faiz, bitki yağları – 17,2 faiz, meyvə və tərəvəz konservləri – 0,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 18,7 faiz, qara metallardan yarımfabrikatlar – 3,6 faiz, qara metallardan borular – 81,9 faiz azalıb.

2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr aylarında buğda idxalı 34,2 faiz, xam şəkər və şəkər – 39,9 faiz, təzə meyvə – 2,7 faiz, bitki yağları – 6,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 13,0 faiz, çay – 2,5 faiz, quş əti və onun əlavə məhsulları – 9,6 faiz, kartof – 23,9 faiz, mal əti – 13,2 faiz, təzə tərəvəz – 36,3 faiz, minik avtomobilləri – 1,9 dəfə, polad prokatı – 25,6 faiz, mineral gübrələr – 47,6 faiz, hesablama maşınları, blok və qurğuları – 35,5 faiz, rezin şinlər – 12,7 faiz, mebellər – 9,6 faiz, avtobuslar – 3,4 dəfə, məişət kondisionerləri – 1,6 dəfə, polietilen – 27,8 faiz, yük avtomobilləri – 3,7 dəfə, paltaryuyan maşınlar – 9,3 faiz, qara metallardan künclüklər – 13,2 faiz artmış, siqaret idxalı isə 49,1 faiz, qara metallardan borular – 13,6 faiz, qara metallardan çubuqlar – 20,0 faiz, sement və sement klinkerləri – 17,8 faiz, məişət soyuducuları – 17,1 faiz azalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xaricdə təhsil alan azərbaycanlı gənclərin sayı

Sonrakı məqalə

ƏRDOĞAN TRAMP GÖRÜŞÜ –