Azərbaycanın strateji valyuta ehtiyatları 53 milyard dolları keçib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 4,4% (2,2 mlrd. ABŞ dolları) artaraq 53 mlrd. ABŞ dollarını üstələyib.

Azərbaycan Mərkəzi Bankının verdiyi məlumata görə, AMB-nin ehtiyatları isə 10,2% artaraq 7 mlrd. dolları keçib. Cari meyillərin davam etməsi halında 2022-ci ildə də tədiyə balansında əhəmiyyətli profisit gözlənilir.

Qeyd edilir ki, ötən iclasdan bəri AMB-də keçirilən valyuta hərraclarında tələb bir qədər artsa da, ümumilikdə valyuta bazarında tarazlıq qorunub, il ərzində milli valyutanın məzənnəsi sabitlik nümayiş etdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qiymətləndirmədən keçən müəllimlərin maaşları artırıldı –

Sonrakı məqalə

Gələn il nə qədər inflyasiya gözlənilir? –