Bu ilin yanvar-sentyabr aylarında “TABATERRA” QSC-nin xaricə satışdan əldə etdiyi gəlirlər 28,3 milyon ABŞ dolları təşkil edib.
Valyuta.az xəbər verir ki, bu rəqəm, ötən ilin eyni dövrü ilə müqayisədə 2,91% artım deməkdir.
2024-cü ilin ilk 9 ayında şirkətin ixrac gəlirləri 27,5 milyon dollar idi. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 milyon dollarlıq əlavə gəlir əldə olunub.