Azərbaycanın valyuta ehtiyatı nə qədərdir?

Azərbaycan Mərkəzi Bankı sentyabrın 1-nə valyuta ehtiyatını 9 milyard 364,4 milyon dollar göstərib.  2023-cü il 8 milyard 995,7 milyon dollarla başlayıb, səkkiz ayda 368,7 milyon dollar artım qeydə alınıb.

Başqa hesabata görə, səkkiz ayda pul bazası 656,6 milyon manat artaraq sentyabrın 1-nə 18 milyard 116,9 milyon manat həddində rəsmiləşib. 2023-cü il 17 milyard 460,3 milyon manatla start götürüb.

Pul bazasına dövriyyədəki pul vəsaitləri, habelə kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarında vəsaitləri daxildir.

Azpost.info

Əvvəlki məqalə

Əmək müqaviləsinə xitam verilən müəllimlərin yeri ehtiyat kadrlar hesabına doldurulacaq

Sonrakı məqalə

Sultan balığı, qızardılmış quzu əti…-