“Azərbaycanla birlikdə terrorizmlə mübarizə aparırıq” –ABŞ Prezidenti

President Joe Biden speaks on the economy in the Roosevelt Room of the White House, Saturday, Feb. 27, 2021, in Washington. (AP Photo/Pablo Martinez Monsivais)

“Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq”.

Azpost.info bildirir ki,  bu sözləri ABŞ Prezidneti Co Bayden 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubunda yazıb.

Prezident qeyd edib ki, ABŞ  Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcək.

Co Bayden qarşıdan gələn ildə təhlükəsizlik və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi də daxil olmaqla, tərəfdaşlığı daha da gücləndirməyi həvəslə gözlədiyini qeyd edib.

Əvvəlki məqalə

Bayden Prezident İlham Əliyevi təbrik edib

Sonrakı məqalə

“Azərbaycanla Ermənistan arasında sülhü dəstəkləmǝyǝ davam edəcəyik” –