“Azərbaycanla sərhəddə bir neçə dövlətin iştirakı ilə müharibə başlayacaqdı” –KTMT-nin Baş direktoru

“Ermənistan-Azərbaycan sərhədində düşünlməmiş addımlar bir neçə dövlətin iştirakı ilə regional müharibəyə gətirib çıxara bilərdi”.

Azpost.info bildirir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş direktoru Stanislav Zas telekörpüdə çıxışı zamanı bəyan edib.

“Dövlət başçıları 3 dəfə toplaşaraq sərhəddə vəziyyəti müzakirə etdilər. KTMT-nin missiyası sərhədə göndərlidi. Bütün lazımi addımlar atıldı”-deyə Zas bildirib.

“Bəzi yüksək vəzifəli şəxslər tərəfindən nə üçün Ermənistana yardım olunmadığı barədə fikirlər səslənir. Başa düşmək lazımdır ki, bu addımın nəticəsi bir neçə dövlətin iştirakı ilə regional müharibəyə gətirib çıxaracaqdı”-deyə KTMT-nin Baş direktoru vurğulayıb.

O, KTMT-nin Ermənistandan getmək istəməsi barədə fikirlərlə razılaşmayıb.

Xatırladaq ki, 13-14 sentyabr 2022-ci ildə Ermənistan ordusunun hərbi təxribatı nəticəsində Azərbaycanla sərhəddə toqquşmalar baş verib. Nəticədə erməni ordusu ağır itkilər verib.

Azpost.info

 

 

Əvvəlki məqalə

“Xəstəmiz Laçın yolu ilə İrəvana aparıldı” –

Sonrakı məqalə

“Rusiya atəşkəsdən güclənmək üçün istifadə edəcək”