“Rusiya atəşkəsdən güclənmək üçün istifadə edəcək”- Britaniya Baş naziri

“Rusiya qoşunları Ukrayna ərazisindən çıxmadan atəşkəslə bağlı danışıqların mənası olmayacaq”.

Azpost.info xəbər verir ki, bunu Britaniya Baş naziri Rişi Sunak deyib.

Onun sözlərinə görə, Rusiya atəşkəsdən öz qoşunlarını yenidən toplamaq və gücləndirmək üçün istifadə edəcək.

“Bizə aydın olmalıdır ki, Rusiyanın istənilən birtərəfli atəşkəs çağırışı indiki şəraitdə tamamilə mənasızdır. Bu, yalançı çağırış olacaq”, – Baş nazir bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycanla sərhəddə bir neçə dövlətin iştirakı ilə müharibə başlayacaqdı” –

Sonrakı məqalə

Bakıya raket zərbəsi endirməyə çağıran rusiyalı alim axtarışa verildi –