“Azəri-Çıraq” və “Şahdəniz”dən indiyədək hasil edilən neftin həcmi açıqlandı

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 aprel 2021-ci il tarixinədək təqribən 561 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə AÇG-dən 530 mln. ton xam neft, “Şahdəniz”dən isə 31 mln. ton kondensat çıxarılıb.

Məlumata görə, sözügedən yataqlardan istismara veriləndən 2021-ci ilin 1 aprel tarixinədək təqribən 560,5 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

“Yataqlar istismara veriləndən cari ilin 1 aprel tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 180 mlrd. kubmetr, “Şahdəniz”dən isə 140 mlrd. kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 95 mlrd. kubmetri ixraca nəql edilib”, – məlumatda qeyd edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda aprelin 5-dən 11-dək 15 min 258 nəfər koronavirusa yoluxub

Sonrakı məqalə

Zaur Baxşəliyevin “Bizimləsən” verilişi bağlandı –