“Azərişıq” Laçında yeni sərhəd-buraxılış məntəqəsinə işıq çəkdi –FOTO

Bildirilib ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi “Azərişıq” ASC tərəfindən elektrik enerjisi ilə təmin olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətli obyektlər, hərbi hissələr və sərhəd zastavaları fasiləsiz elektrik enerjisi ilə təchiz edilib.

Əvvəlki məqalə

Nərimanovda mənzildən 41 yaşlı kişinin meyiti tapılıb

Sonrakı məqalə

Ağcabədidə evdən 15 min manatlıq mal oğurlayan şəxs tutuldu