“Azərsu” 600 milyon manat zərərini xalqın cibindən niyə çıxarmaq istəyir? –Ekspertdən sərt tənqid

 “Tariflər hesabına davamlı olaraq gəlirləri artırmaq çıxış yolu deyil. Xərclərin optimllaşdırılması baş verməyincə bu şirkətləri büdcənin boyunundan endirmək mümkün olmayacaq”.

Azpost.info bildirir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev Tarif Şurasının suyun qiymətinin artırırlamsı ilə bağlı qərarını şərh edərkən bildirib.

Ekspert qeyd edib ki, “Azərsu” tarifləri qaldırmaq üzrə çempiona çevrilib. R.Ağayevin sözlərinə görə, bu qurumun 2019-cu ilin yekunlarına görə, yekun zərəri 592.5 milyon manat olub. Satışların maya dəyəri və bütün digər əməliyyat xərcələri birlikdə 800 milyon manat ətrafında dolaşıb. Ümumi gəliri 200 mln. manatdan bir az çox olub. Nəticədə 600 mln. manata yaxın  əməliyyat zərəri yaranıb: İndi deyək tarifləri 2 dəfə artırmaqla zərəri 200 mln. manata yaxın hissəsini xalqdan çıxardınız. Bəs hazırkı xərcləmələrlə 400 mln. manatlıq yerdə qalan zərəri neyyəcəksiniz? Yenə də büdədən nasos kimi sorma davam edəcək? Bəs xərcləri optimallaşdırmaq üçün hansı tədbirlər var? Niyə Hesablama Palatası hansı xərc maddələrində mümkün şişirtmələrin olduğuna dair mövqeyini ortaya qoymasın ki? Bu qurum hansı gün üçün yaradılıb?

R.Ağayev deyib ki, 6 ay əvvəl daxil olduğu ekspert qrupu dövlət şirkətlərinin fəaliyyətinin səmərililiyi bağlı araşdırmaların nəticələrini dərc edib.

Məlum olub ki, hesabatlılıq və şəffaflıq çox aşağı səviyyədədir, korporativ idaretmə, ictimai nəzarət imkanı ümumiyyətlə yoxdur.

“Belə şəraitdə xərclərin formalaşması, vəsaitlərdən səmərəli istifadə ictimai güvən qazana bilməz. Normalda heç olmazsa Hesablama Palatası Türkiyə nümunəsində olduğu kimi hər il bu şirkətləri kənar ictimaiyyət adına audit edə, hesabatların nəticələrini ictimailəşdirə bilər – bu da yoxdur”-deyə ekspert vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Badamdar sürüşmə sahəsində son vəziyyət açıqlanıb

Sonrakı məqalə

“Peyvənd nəticəsində əhalinin 70%-də süni immunitet formalaşarsa, epidemiya sönəcək –