Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

“Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və humanitar yardım davam edəcək”

Orkhan Ali 06 Avqust 2026 - 18:00 (Last updated: 06 Avqust 2026 - 15:51)
466942462_9596299130385239_2800510606817616462_n

Azərbaycan Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, eyni zamanda Ukrayna xalqına humanitar yardım göstərməkdə davam edəcək.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andriy Sibiha ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, görüş zamanı Azərbaycan-Ukrayna münasibətlərinin bütün istiqamətləri üzrə ətraflı müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi olub.

“Biz Ukrayna ilə münasibətlərimizə son dərəcə böyük diqqət yetiririk. Bizi uzunmüddətli dostluq əlaqələri və dövlətlərarası münasibətlər bağlayır”, – deyə o qeyd edib.

C.Bayramov xatırladıb ki, gələn il Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi qeyd olunacaq.

Nazir vurğulayıb ki, xarici işlər nazirləri səviyyəsində müntəzəm təmaslar davam edir. O qeyd edib ki, 2025-ci ildə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib, ötən il isə Bakıda İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası baş tutub.

C.Bayramov bildirib ki, Azərbaycan hərbi əməliyyatların ilk günlərindən bütün mübahisələrin diplomatik yolla həllinə çağırıb.

“Biz hər zaman Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Münaqişənin uzanması beynəlxalq sülh və təhlükəsizliyə zərər vurur, ağır humanitar nəticələr yaradır”, – deyə nazir vurğulayıb.

O qeyd edib ki, Azərbaycan Ukraynaya humanitar dəstəyi mənəvi borc hesab edir.

“27 fevral 2022-ci ildə Azərbaycandan Ukraynaya ilk humanitar yük göndərilib. O vaxtdan bəri 50 milyon ABŞ dolları dəyərində humanitar yardım göstərmişik və bu yardım davam edir”, – deyə C.Bayramov bildirib.

Nazirin sözlərinə görə, humanitar dəstək çərçivəsində Zərifə Əliyeva adına İrpen humanitar xarici dillər liseyi bərpa olunub, İrpen şəhəri ilə Azərbaycan şəhərlərindən biri arasında qardaşlaşma əlaqələri qurulub, 700 ukraynalı uşaq Azərbaycanda reabilitasiya və psixoloji dəstək proqramlarından yararlanıb.

O vurğulayıb ki, Azərbaycan Ukrayna tərəfinin müəyyən etdiyi ehtiyaclara uyğun olaraq bundan sonra da humanitar yardım göstərmək əzmindədir.

C.Bayramov görüş zamanı Ukrayna tərəfinə Cənubi Qafqazda son vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verdiyini bildirib. O, həmçinin həmin ərazilərdə mina təhlükəsinin davam etdiyini, bunun insanların həyatına təhlükə yaratdığını qeyd edib.

Nazir əlavə edib ki, müharibənin yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan ilə Ukrayna arasında iqtisadi əlaqələrdə bərpa meyilləri müşahidə olunur. Onun sözlərinə görə, ikitərəfli ticarət dövriyyəsi 2021-ci ildə 900 milyon dollar, 2023-cü ildə 350 milyon dollar təşkil edib, ötən il isə 500 milyon dolları ötüb. Cari ilin ilk altı ayında bu göstərici artıq 280 milyon dollara çatıb.

C.Bayramov bildirib ki, tərəflər ticarət, investisiya, enerji, humanitar yardım, təhsil, elm, mədəniyyət, gənclər mübadiləsi, idman və səhiyyə sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində konkret addımları da müzakirə ediblər. Onun sözlərinə görə, bu istiqamətlər strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.Trend

AzPost.az

Post navigation

Previous: Prezidentin “Şöhrət” ordeni ilə təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir?
Next: Neftçalanın icra başçısı səyyar görüş keçirib

Oxşar xəbərlər

naxcivan numaya
  • Baş Yazı

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunub

User 06 Noyabr 2026 - 19:09
budce
  • Baş Yazı

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən yeni rəqəmlər açıqlandı

User 06 Noyabr 2026 - 13:10
ilham ceb01
  • Baş Yazı

Prezident və birinci xanım Cəbrayılda – YENİLƏNİR / FOTO

User 06 Noyabr 2026 - 12:45

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.