Azərbaycanın İrandakı diplomatik nümayəndəlikləri müharibə şəraitində fəaliyyət göstərən qurumların siyahısına əlavə edilib

“Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na dəyişiklik edilib.

APA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na 6 nömrəli əlavə – “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısı”na İran İslam Respublikası daxil edilib.

Bu qərar 2026-cı il 1 mart tarixindən tətbiq edilir və 2026-cı il 31 dekabr tarixinədək qüvvədədir.

Qeyd edək ki, bu il fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.